Çatdırılma
Bakı və Abşeron daxilində öz kuryerlərimizlə çatdırırıq. 150 ₼-dan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
Müddət
Stokdakı məhsullar 1–2 iş günü ərzində çatdırılır. Seçdiyiniz gün və vaxt aralığında (10:00–14:00, 14:00–18:00, 18:00–21:00) gəlirik.
Sifarişlə gələn məhsulların müddəti məhsul səhifəsində yazılır (adətən 5–10 gün). Hazır olanda zəng edib çatdırılma gününü razılaşdırırıq.
Qiymət
Bakı daxilində 150 ₼-dan yuxarı sifarişlər pulsuz, qalan sifarişlər 7 ₼. Abşeron rayonu və Sumqayıt üçün qiymət sifariş təsdiqlənəndə bildirilir.
Böyük ağaclar, palmalar və torpaq kimi ağır yüklər üçün xüsusi nəqliyyat lazımdırsa, operator əvvəlcədən xəbər verir.
Quraşdırma və əkin
Məhsul səhifəsində əkin və ya quraşdırma xidmətini seçmisinizsə, usta çatdırılma günü gəlir və işi həmin gün bitirir.
