Əsas məzmuna keç

Pulsuz çatdırılma 150 ₼-dan

Complex GardenGarden & Pool

Tez-tez verilən suallar

Cavabını tapmadınız? WhatsApp-da yazın və ya zəng edin.

Sifariş və ödəniş

Necə sifariş verə bilərəm?
Məhsulları səbətə atın və checkout-da "WhatsApp ilə təsdiqlə" düyməsini basın — sifariş hazır mesaj kimi açılır. Operator zəng edib təsdiqləyir.
Hansı ödəniş üsulları var?
Hazırda qapıda nağd və ya kartla ödəniş. Onlayn kartla ödəniş tezliklə əlavə olunacaq.

Çatdırılma

Çatdırılma nə qədər çəkir?
Stokdakı məhsullar Bakı daxilində 1–2 iş günü. Sifarişlə gələnlərin müddəti məhsul səhifəsində yazılır.
Çatdırılma pulsuzdurmu?
Bakı daxilində 150 ₼-dan yuxarı sifarişlərdə pulsuz, qalan hallarda 7 ₼.

Abunə

Abunə necə işləyir?
Məhsul səhifəsində "Abunə" və tezliyi seçirsiniz — məhsul 10% ucuz və seçdiyiniz tezliklə gətirilir. İstənilən vaxt dayandıra bilərsiniz.
Abunəni necə dayandırım?
WhatsApp-da yazın və ya zəng edin — növbəti çatdırılmadan əvvəl dayandırırıq, heç bir cərimə yoxdur.

Bitkilər və quraşdırma

Bitkini siz əkirsiniz?
Bəli, məhsul səhifəsində "Əkin xidməti"ni seçin. Bizim əkdiyimiz bitkilərə 3 ay tutma zəmanəti verilir.
Avadanlığı quraşdırırsınız?
Filtr, nasos, suvarma sistemi və su təmizləmə qurğularını öz ustalarımız quraşdırır və işə salır.